Solovyov Putinə qarşı çıxdı - "Newsweek"

Kremlin əsas təbliğatçılarından sayılan məşhur jurnalist Vladimir Solovyov “Rossiya-1” dövlət televiziyasının efirində istefada olan general-leytenant Yevgeni Bujinski ilə mübahisə edib. O, gözlənilmədən Putinin nüvə doktrinasını şübhə altına alıb.
Bu fikirlər "Newsweek"də dərc olunan məqalədəndir.
Solovyov Bujinskidən Moskvanın niyə Ukraynanın zərbələrinə nüvə silahı ilə cavab vermədiyini soruşub.
Pujinski isə ona standart cümlələrlə cavab verib: “Putin mövqeyimizi bəyan edib və deyib ki, hələlik bu cür zərbələrə gərək yoxdur. Bu cür imkanlardan yararlanmaq lazımdır. Amma dövlətimizin mövcudluğu nöqteyi-nəzərindən ekstraordinar bir şey baş verəcəyi təqdirdə belə addım atılacaq”.
Solovyov isterikaya düşərək generalın bu mövqeyinə etiraz edib: “Bəs biz ekstraordinar hadisənin nə vaxt baş verəcəyini necə biləcəyik? Bir müddət öncə Belqoroda zərbələr endirildi, dinc sakinlər öldü. Bu ekstraordinar hal sayılmırdı? Ondan öncə Kremlə pilotsuz təyyarə ilə zərbə oldu. Bəs o, ekstraordinar sayılmır?".
AzVision.az