TƏCİLİ: Putindən sonra generallarının da həbsinə order verildi

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Cinayət Məhkəməsinin saytında yerləşdirilib.
Onların hər ikisi Ukraynaya Rusiyanın müdaxiləsi zamanı hərbi cinayət törətməkdə ittiham ediliblər. Məhkəmə hər iki generalın Ukraynada Rusiya ordusunun törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.
Bununla belə, Şoyqu və Gerasimovun Ukraynanın elektrik infrastrukturuna zərbə endirilməsinə məsuliyyət daşımaları ilə bağlı yetərli sübutların olmadığı bildirilib.
Rusiya artıq Şoyqu və Gerasimov barədə qərarı Qərbin hibrid müharibəsinin elementi adlandırıb. Açıqlama Təhlükəsizlik Şurasından gəlib.
Qeyd edək ki, keçən il Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin və uşaq ombudsmanı Mariya Lvov-Belovanın həbsinə order vermişdi.