Bia.Az

Cavaxetiya ermənilərinə çağırış: - Tiflisə güc tətbiq edin

Dünya
 3-10-2020, 23:49     307

Ermənistanda radikal millətçi qrup olan “Voskanapart könüllüləri” Gürcüstanda yaşayan Cavaxetiya ermənilərinə separatçı və sərsəm çağırış edib.

Axar.az Hayeli.am-a istinadla xəbər verir ki, bu barədə “Voskanapart könüllüləri”nin “gənclər qolu”nun lideri Samvel Juravyan yazıb.

Samvel Juravyan bildirib ki, Gürcüstan hökuməti ən qısa zamanda Cavaxetiya ermənilərinin işğal altındakı Azərbaycan ərazilərində döyüşmək üçün sərhəddən keçidinə icazə verməsə, adıçəkilən bölgənin separatçıları mərkəzi hakimiyyətə tabe olmasınlar.

Juravyan bir qədər də irəli gedərək Tiflisi “yola gətirmək” üçün Cavaxetiya ermənilərini “öz imkanları ilə güc tətbiq etməyə” də çağırıb.

Qeyd edək ki, ermənilər son vaxtlar Cavaxetiyada aktivləşiblər. Onlar Cavaxetiyanı Gürcüstanda ayırıb, “müstəqil” etmək üçün açıq çağırışlara başlayıblar.
скачать dle 12.1