Fransadan Bakıya qarşı növbəti təxribat: səfir Gorusa gəldi

Fransanın Ermənistandakı səfiri Olivier Dekotini Sünik (Zəngəzur) bölgəsinə səfəri çərçivəsində Gorus şəhərinə gedib.
Globalinfo.az xəbər verir ki, şəhərin meri Aruş Aruşanyan tərəflərin bir sıra məsələləri, eləcə də Fransa şəhərləri ilə mərkəzləşdirilməmiş əlaqələrin inkişaf perspektivlərini müzakirə etdiyini deyib.
Aruşanyan və Dekotini Vyana meydanını gəziblər.
Qeyd edək ki, daha öncə Dekotini sosial şəbəkə hesabında humanitar və təhlükəsizlik məsələlərini, eləcə də regionun kənd təsərrüfatının inkişafını müzakirə etməyə hazırlaşdığını yazıb.