Bia.Az

Avtoritar rejimlər birləşir: Stoltenberq Şimali Koreya-Rusiya paktından sərt danışdı

Dünya
 20-06-2024, 12:35     554

Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş avtoritar rejimlər arasında artan ahəngdarlığı göstərir və demokratiyaların birliyinin vacibliyini vurğulayır.


Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Xatırladaq ki, Putin Şimali Koreya lideri Kim Çen Inla müdafiə sahəsində qarşılıqlı öhdəliklər də daxil olmaqla Kremlin Pxenyanla bağlı siyasətini ciddi şəkildə dəyişdirən saziş imzalayıb. Stoltenberq bildirib ki, Şimali Koreya Rusiya Federasiyasına “böyük miqdarda sursat” verib, Çin və İran isə Ukraynaya qarşı müharibədə Rusiyanın hərbi-sənaye kompleksinə əhəmiyyətli dərəcədə kömək edir: "Biz dərk etməliyik ki, avtoritar güclər getdikcə birləşir. Onlar heç vaxt görmədiyimiz şəkildə bir-birlərinə dəstək olurlar", - deyə Stoltenberg bildirib.

"Onların getdikcə birləşdiyi bir vaxtda - Şimali Koreya, Çin, İran, Rusiya kimi avtoritar rejimlər - bizim azadlıq və demokratiyaya inanan ölkələr kimi birləşməyimiz daha vacibdir", - deyə NATO-nun baş katibi bildirib.

Nəşr qeyd edib ki, Rusiya Federasiyası ilə digər Asiya ölkələri arasında təmasların dərinləşməsi Asiya-Sakit okean regionunda müttəfiqlərlə əməkdaşlığın NATO üçün getdikcə daha çox əhəmiyyət kəsb etməsi deməkdir.

İyunun 19-da Rusiya diktatoru Putin Pxenyana səfər edib. Qərb mediasının müşahidəçilərinin fikrincə, bu səfər NATO-ya və bütövlükdə Qərbə açıq-aşkar düşmən münasibət bəsləyən nüvə ittifaqının yaradılmasının həyəcanverici əlamətidir. Həmçinin Ağ Ev Putinin KXDR-ə səfərini və onun lideri Kim Çen Inla saziş imzalamasını “tərəfdaşlığın genişləndirilməsi” kimi qiymətləndirir.скачать dle 12.1