Bia.Az

Baqrat sabah böyük mitinq keçirir – “Paşinyan istefa verəcək!”

Dünya
 17-06-2024, 01:18     600

“Vətən naminə” hərəkatı sabah saat 18:30-da Baqramyan prospektində mitinq planlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın lideri, keşiş Baqrat Qalstanyan paylaşım edib.

“Sabah Milli Assambleyanın qarşısında mühüm iclasımız olacaq, o zaman hökumətin istefası müzakirə olunacaq. Sabahkı görüş son dərəcə vacibdir. Biz sübut edəcəyik ki, bu hakimiyyətin xalqa heç bir aidiyyatı yoxdur, özgələşib, qanunsuz mövqedədir”, – keşiş qeyd edib.

Baqrat vurğulayıb ki, hökumət başçısı vəzifədən kənarlaşdırılmalıdır:

“Nə olursa olsun, hərəkat öz məqsədinə, yəni “bu şəxsin uzaqlaşdırılması və həqiqətin qələbəsi”nə çatmaq üçün canlı və qətiyyətli olacaq. Hakimiyyətin dəyişməsi dərin, mənalı dəyişikliklərdən bəhs etdiyimiz komponentlərdən yalnız biridir”.скачать dle 12.1