Bia.Az

Bakı ilə də belə olmuşduq: getməyəcəyik! – Rusiyalı politoloq

Dünya
 14-06-2024, 16:05     373

“Rusiya Cənubi Qafqazdan getmək niyyətində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Trenin deyib.

“Bu region Rusiya üçün vacibdir, çünki bura onun sərhədlərinə birləşir. O həmçinin iqtisadi əlaqələr baxımından vacibdir. Söhbət bütün Cənubi Qafqazdan gedir. Qafqaz həmçinin hərbi-strateji, hərbi siyasi baxımdan da önəmlidir. Rusiyanın burada mövcudluğu ilə bağlı müəyyən problemlər ola bilər. Məsələn, baxın, biz Gürcüstan-Rusiya münasibətlərinin 30 ildə nələrdən keçdiyini görmüşük. Amma indi KİV-lərdə diplomatik münasibətlərin bərpasının mümkünlüyü gündəmdədir. Eyni formada Azərbaycanla da münasibətlər fərqli mərhələlərdən keçib. Yəqin ki, Ermənistan-Rusiya münasibətləri çox ağır mərhələdən keçir, amma bu o demək deyil ki, tarix bitir. Rusiya buradan heç bir yerə getməyəcək. Yəni Ermənistanın qaldığı kimi bölgədə qalacaq”, – deyə o bildirib.скачать dle 12.1