Bia.Az

ABŞ Yerevan və Bakı arasındakı münasibətləri dəstəkləməkdən məmnundur

Dünya
 11-06-2024, 14:59     188

ABŞ Ermənistanla təhlükəsizlik əlaqələrini dərinləşdirməyə hazırdır.


Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen İrəvanda Ermənistan və ABŞ arasında strateji dialoq iclasında bildirib.

“Biz müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi davam etdirəcəyik. Qeyd etdiyimiz kimi, ilk birgə təlimlərimiz keçən il baş tutdu. Əlbəttə, daha çoxunu gözləyirik. Biz kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və digər məsələlərdə əməkdaşlıq edə bilərik”, - deyə o bildirib.

ABŞ dövlət katibinin köməkçisi: “Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət Ermənistanın qlobal iqtisadiyyata daha yaxşı inteqrasiyasına imkan verəcək islahatların aparılması istiqamətində səmərəli səylər göstərir və Ermənistan xalqına demokratik mühitdə fikirlərini daha azad ifadə etmək imkanı verir”, - deyə əlavə edib.

Amerikalı diplomat Yerevan və Bakı arasındakı münasibətlərə də toxunub. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa, Birləşmiş Ştatlar bu sahədə səyləri dəstəkləməkdən məmnun olacaq. “Biz, hər zaman Cənubi Qafqazda sülhün və təhlükəsizliyin davamlı olması üçün çalışmışıq, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlıyıq”, - deyə bildirib.скачать dle 12.1