Bia.Az

İran prezidentliyinə namizədlər

Dünya
 10-06-2024, 17:30     292

İranda iyunun 28-nə təyin olunmuş növbədənkənar prezident seçkisinin namizədləri açıqlanıb: parlament sədri Məhəmmədbağır Qalibaf, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi, parlament üzvü Məsud Pezeşkian, paytaxt Tehranın meri Əlirza Zakani, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi.

2021-ci il avqustun 5-dən prezident postunu tutan İbrahim Rəisi mayın 19-da vertolyot qəzasında həlak olub, prezident səlahiyyətləri birinci vitse-prezident Məhəmməd Müxbirə ötürülüb.

Hökumət başçısı funksiyası daşıyan İran prezidenti 4 il müddətinə seçilir. Prezident vəzifəsinin yaradıldığı 1980-ci ildən bəri həmin kürsünü bu şəxslər də tutub: Əbülhəsən Bənisədr, Məhəmmədəli Rəcai, Əli Xamneyi, Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədinejad, Həsən Ruhani.

İranın ali rəhbəri (dövlət başçısı) Əli Xamneyidir.




BİA.az
скачать dle 12.1