Bia.Az

Saakaşvilinin partiyasında dəyişiklik – Gürcüstan kritik seçki ərəfəsində

Dünya
 8-06-2024, 14:50     361

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəhbəri Levan Xabeişvili istefaya gedib.

Globalinfo.az xəbər verir ki, Xabeişvilinin belə addımına rəsmi səbəb kimi səhhəti ilə bağlı vəziyyət göstərilib. Onun yerinə partiyanın lideri vəzifəsinə deputat Tina Bokuçavanın namizədliyi təqdim ediləcək. Partiyanın yaxın günlərdə qurultayının keçiriləcəyi gözlənir.

Qeyd edək ki, Xabeişvili bundan öncəki seçkidə Nika Meliyaya qalib gələrək partiya liderliyinə yüksəlmişdi. O zaman bir sıra ekspertlər Xabeişvilinin gəlişinin partiyanı zəiflədəcəyini və parçalanmaları artıracağını düşünürdülər. Əslində Xabeişvilinin gəlişindən sonra partiyanı tərk edənlərin sayında artım yaşanıb.

Bunlar sırasında keçmiş sədr Meliya da yer alıb. Bununla belə partiyada kritik parlament seçkisinə 3 ay qalmış dəyişikliklər bir sıra sualların yaranmasına səbəb olub.

Vahid Milli Hərəkat Gürcüstanın ana müxalifət partiyasıdır. Partiyanın əsası keçmiş prezident Mixail Saakaşvili tərəfindən qoyulub.скачать dle 12.1