Von der Leyen Avropa Komissiyasının rəhbəri olaraq qalacağına inanır

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen hesab edir ki, o, vəzifəsini qorumaq üçün Aİ-yə üzv ölkələrin bir çox dövlət və hökumət başçılarının dəstəyini qazanıb.
Bizimyol.info xəbər verir ki, onun sözlərini "EFE" agentliyi sitat gətirib.
"Əminəm ki, bir çox liderin dəstəyinə sahibəm. Onlar məni tanıyır və təcrübəmə bələddirlər" - deyə siyasətçi qeyd edib.
Martın 7-də Buxarestdə keçirilən Avropa Xalq Partiyasının qurultayında Ursula fon der Leyen rəsmi olaraq Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürülüb. Avropa İttifaqının əsas sənədlərinə əsasən, AK rəhbəri Aİ-nin sammitində Avropa İttifaqı liderlərinin qərarı ilə təyin edilir və Avropa Parlamentində (AP) gizli səsvermə yolu ilə təsdiqlənir, bu zaman namizədin səs çoxluğu ilə seçilir. Əgər bu namizəd lazımi səs çoxluğunu toplamazsa, o zaman Avropa Şurası bir ay ərzində AP tərəfindən oxşar prosedurla seçilən yeni namizəd təklif edir.
Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dək keçirilir.