Rusiya ABŞ sərhədləri yaxınlığında hərbi təlimlərə başlayır – Vaşinqton nə edəcək?

Rusiya ABŞ sərhədləri yaxınlığında hərbi təlimlər keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisinin sözlərinə görə, rəsmi Vaşinqton Rusiyanın yaxın həftələrdə Karib dənizində hava və dəniz təlimlərinə başlayacağını gözləyir.
Təlimdə Rusiyanın hərbi gəmiləri və uzaqmənzilli bombardmançı təyyarələri iştirak edəcək. Bu, Rusiyanın 2019-cu ildən bəri Karib dənizində keçirdiyi ilk hava və dəniz manevrləri olacaq.
Birləşmiş Ştatlar bunu Amerikanın Ukraynaya verdiyi dəstəyə və NATO müttəfiqləri ilə təlimlərini gücləndirməsinə cavab kimi şərh edib. Ancaq Rusiyanın təlimləri ABŞ üçün birbaşa təhlükə kimi görünmür. Rusiya gəmilərinin Kuba və Venesuelaya liman səfərləri edəcəyi gözlənilir.