Bia.Az

Politico: Ağ Ev "WSJ"nin Baydenin səhhətinin pis olması ilə bağlı məqaləsindən məyus olub

Dünya
 6-06-2024, 11:13     343

ABŞ prezidenti Co Baydenin administrasiyası “The Wall Street Journal” (WSJ) qəzetinin Amerika liderinin səhhətinin və psixoloji vəziyyətinin pisləşməsi ilə bağlı məqaləsindən narazılığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, Baydenin vəzifədə olduğu vaxtın çox hissəsində onun administrasiyası “WSJ-nin işini yüksək qiymətləndirib”. Amma qəzet onun vəziyyəti ilə bağlı məqalə dərc etdikdən sonra Ağ Evlə "WSJ" arasında ciddi gərginlik yaranıb. Amerika rəsmiləri məqaləni siyasi mübarizənin bir hissəsi kimi qəbul etdilər.
“Bu “The Wall Street Journal” tərəfindən tam redaksiya uğursuzluğudur. Əlbəttdə, onların sifarişləri kimdən aldıqları sizin ümün də maraqlı gələ bilər”, - deyə Ağ Evin kommunikasiyalar üzrə direktoru Ben LaBolt bildirib.
"Politico" mənbələrinin dediyinə görə, "WSJ"də bu cür materialın dərci administrasiya üçün “xəyal qırıqlığı” yaradıb, çünki ABŞ rəsmiləri qəzetin müxbirlərini “proqnozlaşdırıla bilən və ayıq” hesab edirdilər. Ağ Evdən verilən cavab, Baydenin yaşının həssas məsələ olaraq qaldığını göstərir, baxmayaraq ki, administrasiya bu yaxınlarda "yumordan istifadə etməyə və hətta Baydenin yaşlı, eyni zamanda müdrik olduğu fikrini qəbul etməyə" çalışdı.
İyunun 5-də "The Wall Street Journal" son 7 ay ərzində Baydenlə işləmiş 45-dən çox insanın müsahibələrinə əsaslanan məqalə dərc edib. Bildirilib ki, bağlı qapılar arxasında Amerika lideri bəzən psixoloji vəziyyətinin pisləşməsi əlamətlərini göstərir. Bildirilir ki, bəzən özünü enerjili aparır, lakin tez-tez halsız vəziyyətə “düşür”, çətinliklə eşidilən şəkildə danışır və eyhamlarla qeydlərdən istifadə edir.
Əsas rəqiblər Bayden və Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2020-ci ildə ən yaşlı prezidentliyə namizədlər arasında rekord qırıb və gələn noyabr seçkilərində daha bir rekorda imza atacaqları üçün ABŞ siyasətçilərinin psixi sağlamlığı ilə bağlı spekulyasiyalar son illərdə sevimli siyasi taktikaya çevrilib.
Tramp dəfələrlə Baydeni idrak testlərini birlikdə keçirməyə çağırıb. "WSJ" nəşri heç bir partiyanı açıq şəkildə dəstəkləmir, lakin qəzet mühafizəkar siyasətin tanınmış tərəfdarı Rupert Merdoka məxsus olduğu üçün respublikaçılara meyl edir.скачать dle 12.1