Ölümlə üzləşən Fitso ilk dəfə danışdı: “Hadisəni dəli bir şəxs yox…”

“Hökumətə qarşı çıxan media və QHT-lər sui-qəsd cəhdinin əhəmiyyətini azaltmağa və hadisəni törədən şəxslə müxalifət arasında əlaqəni inkar etməyə çalışacaqlar”.
Globalinfo.az xəbər verir ki, bunu sui-qəsdə uğrayan Slovakiyanın Baş naziri Robert Fitso deyib.
O bildirib ki, hadisəni dəli bir şəxs yox, müxalifət fəalı törədib.
“Mayın 15-də siyasi baxışlarıma görə Slovakiyalı müxalifət fəalı məni öldürməyə cəhd etdi”, – deyə baş nazir hadisədən sonrakı ilk video mesajında bildirib.
Baş nazir vurğulayıb ki, sui-qəsd cəhdindən bir qədər əvvəl Slovakiyada hökumət rəsmilərindən birinə hücum ehtimalı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Slovakiyanın baş nazirinə qarşı sui-qəsd cəhdi mayın 15-də 71 yaşlı yazıçı Yuray Cintula tərəfindən həyata keçirilib.