Türkiyədə güclü meşə yanğınları başladı – Helikopterlər cəlb olundu

Türkiyədə güclü meşə yanğınları başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, əsasən Bursa və Antalya əyalətlərindəki meşə sahələri yanır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Orhaneli ərazisində (Bursa) yanğın bu gün günorta saatlarından başlayıb.
Yanğının söndürülməsinə 38 yanğınsöndürmə briqadası, 3 helikopter cəlb olunub.
Aksu bölgəsində (Antalya) isə öncə otların alovlanıb, daha sonra isə yanğın meşə sahələrinə yayılıb.
Qeyd edək ki, bu həftə Türkiyənin əksər bölgələrində isti hava hökm sürüb. Proqnozlara görə, Antalya və Bodrum kurortlarında havanın temperaturu 40 dərəcəyə çatıb.