Bayden etiraf etdi: “Əgər biz Ukraynanı boş buraxsaq, o zaman Polşa…”

“Rusiya Ukraynanı heç vaxt işğal edə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden “Time” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Ukrayna artıq NATO-nun bir hissəsidir.
“Bu, o deməkdir ki, biz başqa ölkələrlə necə münasibətdəyiksə, Ukraynaya da o cür yanaşırıq. Gələcəkdə özlərini müdafiə etsinlər deyə onları silahla təmin edirik. Mən ABŞ senatoru və vitse-prezidenti vəzifələrində çalışarkən bir ay Ukraynada olmuşam. Həmin vaxt orada ciddi korrupsiya var idi. İndi situasiya başqadır. Əgər biz Ukraynanı boş buraxsaq, Polşanın əldən getdiyini görəcəyik. Çünki bu ölkələr Rusiyanın de-fakto sərhədində yerləşir”, – deyə Bayden vurğulayıb.