Bia.Az

Amerikalı ekspert: “Ukrayna Rusiya və ABŞ arasında müharibəyə səbəb olacaq”

Dünya
 2-06-2024, 01:07     491

“Ukrayna ABŞ və Rusiya arasında birbaşa münaqişə yarada bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ silahları ilə Rusiya ərazisinə zərbə endirmək qərarını şərh edərkən adının mətbuatda çəkilməsini istəməyən amerikalı ekspert bildirib.

O, hesab edir ki, Kiyev uzaqmənzilli silahların istifadəsi şərtlərinə məhəl qoymayacaq

“Ukrayna Moskva ilə Vaşinqton arasında açıq silahlı toqquşmaya səbəb olmaq və ABŞ-ı birbaşa Rusiyaya qarşı hərbi əməliyyatlara sürükləmək üçün uzaqmənzilli silahlarından istifadə şərtlərinə məhəl qoymayacaq. ABŞ prezidenti Co Baydenin isə Moskvaya və ya Rusiyanın enerji infrastrukturuna hücumlardan sonra yaranacaq radikal eskalasiyadan qaçmağa çalışır. Buna baxmayaraq Ukrayna hökumətinin Bayden administrasiyası tərəfindən qoyulan məhdudiyyətlərə əməl etməmək və Rusiyaya dərin zərbələr endirmək riski var. Bu isə Rusiya və ABŞ arasında birbaşa müharibəyə səbəb ola bilər”, – deyə politoloq vurğulayıb.скачать dle 12.1