Keşişdən Paşinyana: Ağaların bacardılar!

“Bizi heç nə ilə qorxuda bilməyəcəksən. Ağaların səni qorxutmağı bacarıblar. Amma sən bunu bizimlə edə bilməyəcəksən”.
Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.
“Bu gün baş verənlər yalançının (Paşinyan – red.) qorxu və sarsıntısının nəticəsidir. Dövlət məmurlarının çölə çıxıb insanların gözlərinə baxmağa cəsarəti çatmır. Bunun əvəzinə onlar özlərini polis qüvvələri ilə qorumaq, hətta insanları münaqişəyə cəlb etmək istəyirlər. Amma ölkəmizdə həqiqətə gedən yolda qətiyyən heç bir maneə ola bilməz”, – deyə Qalstanyan vurğulayıb.