Bia.Az

11 sentyabr teraktı haqda daha bir dəhşət üzə çıxdı – FOTOLAR

Dünya
 31-05-2024, 01:08     416

“2001-cı il sentyabrın 11-də ABŞ-da törədilən terror aktı ilə bağlı mühüm məlumatlar üzə çıxıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Lenta.ru” pulmonoloq Maykl Stivenin “With Every Breath: The Amazing Story of Our Lungs” kitabına istinadən məlumat yayıb.

Stiven bildirib ki, hadisə zamanı ərazidəki xilasedicilər və könüllülərin ağ ciyərlərinə hopan zəhərli toz sonradan xərçəng və digər sağlamlıq problemlərinə səbəb olub.

Məlumata görə, terror aktından sonra havada asbest, civə, qurğuşun və kadmium kimi zəhərli maddələr olub. Orada çalışan şəxslər isə xüsusi maska və s. vasitələrdən istifadə etmədikləri üçün bir müddət sonra ağır xəstəliklərə tutulublar:

“Onminlərlə insan zəhərli tozun təsirinə məruz qaldı. Ağ ciyərdən başlanan xəstəliklər şiddətli öskürək, gözlərin qıcıqlanması və s. kimi simptomlarla müşayiət olunurdu. Bir sözlə, ölümcül xəstəliklərin üçüncü dalğası yayıldı.

Həmin şəxslərdə dəri, tiroid və qan xərçəngi özünü göstərdi”.

Müəllif yazır ki, 11 sentyabr olayından 23 il keçsə də, hadisənin fəsadları davam edir.
скачать dle 12.1