“Ermənistan Gürcüstanın yolu ilə gedir” – Ayvazyan

“Ermənistan hakimiyyəti demokratiya pərdəsi altında ölkəni məchulluğa aparır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan deyib.
O bildirib ki, xarici siyasətdə balans bərpa olunduqdan sonra Ermənistanda əsl sülh yaranacaq.
“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan balanslaşdırılmış, Robert Köçəryan isə bir-birini tamamlayan xarici siyasətdən danışıb.
Amma 2018-ci ildən vəziyyət dəyişib və “çoxvektorlu xarici siyasət” termini yaranıb. Bu gün Ermənistan və Gürcüstan yerlərini dəyişib. Əgər 2000-ci illərin əvvəllərində, Saakaşvilinin dövründə Tiflis anti-Rusiya kursu götürüb əhəmiyyətli ərazilərini itirdisə, indi Ermənistan eyni yolla gedir. Ermənistan özünü anti-Rusiya siyasətinin qalası kimi göstərir”, – Ayvazyan vurğulayıb.