Paşinyanın yerinə göz dikdi, hədəf alındı: Baqratın otağına cihaz yerləşdirən kim idi?

Nikol Paşinyanı istefaya səsləyən və Ermənistanın Baş naziri postuna namizədliyi açıqlanan yepiskop Baqrat Qalstanyanın otağına dinləmə cihazı yerləşdirməyə çalışan şəxsin kimliyi məlum olub.
Globalinfo.az xəbər verir ki, Qalstanyanın qaldığı “Ani Grand” otelinin otağında döşəməyə dinləmə cihazı quraşdırmaq istəyən şəxsin Elen Ağasyan adlı Tavuş sakini olduğu üzə çıxıb.
Məlumata görə, E.Ağasanyan Tavuş vilayətinin Çinari kənd məktəbində çalışan tarix müəlliminin qızıdır. O, İrəvanda Pedoqoji İnstitutu bitirdikdən sonra Müdafiə Nazirliyinə işə qəbul olunub. Lakin bir müddət sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətində çalışmağa başlayıb.
Kənd sakinləri onun son illərdə maddi vəziyyətinin əvvəlkinə nisbətən yaxşılaşdığını deyib. Hətta E.Ağasanyanın anası xərçəng xəstəliyinə görə müalicə alarkən yepiskopun onların ailəsinə dəstək göstərdiyi bildirilir. Məlumata görə, Baqrat Qalstanyan Elenin bir müddət təhsil haqlarını da ödəyib.
Onun hansı səbəblə və kimin əmri ilə yepiskopun otağına dinləmə cihazı yerləşdirməyə çalışdığı açıqlanmır. Bunun şəxsi zəmində ola biləcəyi də güman edilir.