Bia.Az

Kobaxidzedən TARİXİ açıqlama: “2030-cu ildə bunu edəcəyik”

Dünya
 27-05-2024, 01:11     460

“Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə bağlı probleminin həllini, ölkənin ərazi bütövlüyünü bərpa etməyi  planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.

Baş nazir Gürcüstanın ərazi bütövlüyünü bərpa etdikdən sonra Avropa İttifaqına üzv olacağını deyib:

“Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid, güclü Gürcüstanda yaşamaqdır.

2030-cu ildə vahid və güclü Gürcüstan Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır”.

Qeyd edək ki, hazırda ölkədə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsi səbəbi ilə keçirilən etiraz aksiyaları davam edir.скачать dle 12.1