Bia.Az

Bu, Ermənistanda 1959-cu ildən sonra ilk dəfə baş verdi

Dünya
 26-05-2024, 15:47     389

“Debed çayında belə yüksək su axını 1959-cu il mayın 19-da müşahidə olunub”. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Hidrometrologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Aralıq dənizi regionlarından aktiv siklonla əlaqədar mayın 24-26-da respublika ərazisində intensiv yağışlar müşahidə olunub:

“Mayın 25-i axşam və 26-sı səhər fasiləsiz yağan yağışlar nəticəsində Debed və Ağstev çaylarında suyun səviyyəsi kəskin artıb. Hətta ətraf sahilyanı əraziləri su basıb, bəzi obyektlərə ciddi ziyan dəyib”.

Qeyd edək ki, Ermənistanda intensiv yağışlar və çayların daşması ciddi fəsadlara səbəb olub.скачать dle 12.1