Fransa parçalanmaq üzrədir: vətəndaş müharibəsi başlayır – “Spectator”

“Fransa xaricdəki departamentlərinin acınacaqlı vəziyyəti və iğtişaşlar Prezident Emmanuel Makronun saxlamağa çalışdığı “müstəmləkə imperiyası”nın süqutundan xəbər verir”.
Globalinfo.az xəbər verir ki, bu fikirlər “Spectator” jurnalının dərc etdiyi məqalədə yazılıb.
“Makronun imperiyası gözləri önündə dağılır. Fransada imperiyanın tənəzzülünün yaxınlaşdığını fransızlardan başqa hamı çox gözəl anlayır”, – yazıda bildirilib.
Nəşr iddia edir ki, Yeni Kaledoniya artıq vətəndaş müharibəsinin astanasındadır.
“Ötən il Nigerdə dövlət çevrilişi baş verdi. Keçmiş Fransa koloniyası hərbi xunta tərəfindən ələ keçirildi. Etirazçılar “Fransa, get!” şüarı səsləndirdilər. Proses davam edir”, – “Spectator”da qeyd edilib.