Bia.Az

Aİ-dən Gürcüstanla bağlı qərar: Xarici agentlər haqqında qanuna görə cəza veriləcəkmi?

Dünya
 25-05-2024, 01:10     460

"Avropa İttifaqı (Aİ) xarici agentlər haqqında qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmağa çalışır".

Bu sözləri Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə müsahibəsində bildirib.

"Biz cəza tədbirlərindən danışmırıq. ABŞ-lilər kimi sanksiyalar tətbiq edək? Onların danışıqları prosesi yoxdur. Düşünməyin ki, biz Gürcüstanı bir qanuna görə cəzalandırırıq. Onlar Aİ-yə daxil olmaq istədiklərini deyirlər, lakin eyni zamanda bunu edirlər (xarici agentlər haqqında qanun qəbul edirlər - red). Onlar düşünürlər ki, hər ikisini edə bilərlər. Bizim buna cavabımız: Yox", - deyə rəsmi Aİ rəsmisi bildirib.скачать dle 12.1