Bia.Az

İsraili və Fələstini neçə ölkə tanıyır?

Dünya
 23-05-2024, 16:25     447

1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib.

1948-ci ildə yaradılan, 1949-cu ildə BMT-yə qəbul olunan İsrail Dövlətini 165 ölkə, o cümlədən Azərbaycan tanıyır.

BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi İsrailin işğalı altındadır.

1988-ci ildə qurulan, 2012-ci ildə BMT-də müşahidəçi statusu alan Fələstin Dövlətini 146 ölkə, o cümlədən Azərbaycan tanıyır.

2022-ci ildə Azərbaycan İsraildə səfirlik (Tel-Əviv şəhərində), Fələstində təmsilçilik ofisi (Ramallah şəhərində) təsis edib.

2023-cü il yanvarın 11-də Muxtar Məmmədov Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri, iyunun 14-də İlham Nəzərli Fələstində təmsilçilik ofisinin rəhbəri təyin edilib.


BİA.azскачать dle 12.1