Bia.Az

Rusiyadan Paşinyana ağır cavab: “O, yalançı və əclafdır”

Dünya
 23-05-2024, 13:45     251

“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana məğlubiyyətinə görə Rusiyanı günahlandırmağa çalışır”.

BİA.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

K.Zatulin Nikol Paşinyanın ötən gün parlamentdə iki KTMT ölkəsini Azərbaycana dəstək göstərməkdə ittiham etməsinə münasibət bildirib.

Rusiyalı deputat baş nazirin sadəcə məğlubiyyətin günahını Rusiyaya atmağa çalışdığını qeyd edib:

“Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışan yalançı və əclafdır. Uğursuzluğa düçar olur, özündən əvvəlki hakimiyyətlərin və erməni xalqının uğrunda mübarizə aparıdığı hər şeyi itirir. Düşünürəm ki, Paşinyan iki ölkə deyəndə Rusiya və Belarusu nəzərdə tutur”.


Xatırladaq ki, Nikol Paşinyan ötən gün parlamentdə iki KTMT ölkəsinin 2020-ci ildə müharibədə Ermənistana qarşı müharibəyə dəstək verdiyini deyib.

BİA.az
скачать dle 12.1