Bia.Az

Yubkalı “kişilər” buna görə qalib seçilirlər – Azərbaycanı da hədəf alan layihənin iyrənc detalları

Dünya
 14-05-2024, 15:06     290

“Avroviziya” mahnı müsabiqəsində daha çox cinsi azlıq nümayəndələrinin qalib gəlməsi diqqət çəkir və ictimaiyyətdə narahatlıq doğurur. Çoxu Avropadan bizə gələn “mədəniyyəti” ölkəmizdə arzu etmir və bunun təhlükəli tendensiya olduğunu bildirir.

Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru, şair-publisist Heydər Oğuz deyib ki, bütün mədəniyyətlər canlı varlıq kimi yaranır, böyüyür, yayılır və bir gün ömrünü başa vurur.

Onun sözlərinə görə, mədəniyyətlərin yox olub getməsi ənənəvi xüsusiyyətlərini itirməsi ilə başlayır:
“Necə ki, insan yaşlandıqca artıq onun orqanizmində bəzi xəstəliklər ortaya çıxır, mədəniyyətlər də qocaldıqca aşınmalara məruz qalır və bu səbəbdən də yox olurlar. Özlərini “qoca qitə” adlandıran Avropa da artıq bu prosesi keçirir. Doğum nisbəti, evliliklər azalır, demoqrafik zəifləmə prosesi yaşanır, xaricdən köçlərə məruz qaldıqca ölkələrin etnik tərkibi də dəyişilir. Əxlaqi deformasiyalar da istənilən toplumun, mədəniyyətin yoxoluşa sürüklənməsinin bir əlamətidir. Təsadüfi deyil ki, dini kitablarda, tarixi mənbələrdə Lut tayfasının, Nemrud, Semud, Ad qövmlərinin məhz əxlaqi çöküşlər səbəbindən yox olduqları bildirilir. Xüsusilə Lut tayfasında qeyri-ənənəvi ailə quruculuğunun dəbdə olduğu qeyd olunur. Biz bənzər hadisələrin Misir fironluğunun, Roma imperiyasının çöküşündə də görürük”.

H.Oğuz sonuncu Misir fironu ilə bağlı bəzi məqamlara toxunub:
“Sonuncu Misir fironu Tutanxamunun məzarından çıxan mumyalanmış cəsədini incələyən alimlər onun anadangəlmə xəstə olduğunu, övladlarının uşaq yaşda öldüyünü müəyyənləşdiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, o, öz bacısı ilə evlənib. Fironların az yaşamasının, qısırlaşmasının əsl səbəbinin də bu olduğu anlaşılıb. Tibb elmi sübut edir ki, insan oğlu nə qədər başqa gen daşıyıcıları ilə evlilik qurarsa, onun nəsil artırma qabiliyyəti o qədər yüksək olar. Eyni gen daşıyıcıları isə getdikcə qısırlaşır və sonra yoxoluş prosesinə qədəm qoyurlar. Misir fironları isə özlərini müqəddəs irq zənn etdiklərindən övladlarını yaxın qohumları ilə evləndirmiş, nəticədə qısırlaşma prosesi yaşayaraq tarixə qovuşmuşlar. Bütün imperiyaların ən yüksək rifah səviyyəsinə qalxdıqdan sonra bu cür qeyri-ənənəvi ailə müəssisələri qurduqlarının şahidi oluruq. Çox uzağa getməyək, hətta biz türklər belə, hegemoniyamızın ən uca zirvəsində olarkən saraylarda, hakim zümrədə bu cür əxlaqsızlıqların yayılmasının qarşısını ala bilmədiyimiz səbəbindən tənəzzülə məruz qalmışıq. İstər indiki İran ərazisində qurduğumuz çoxsaylı imperiyaların, istərsə də Osmanlı dövlətinin son dönəmlərində oğlançılıq deyilən qeyri-ənənəvi münasibətlərin geniş şəkildə yayıldığını görürük”.

Heydər Oğuz Mirzə Ələkbər Sabirin bəzi satirik şeirlərində oğlançılığın sərt tənqid olunduğunu qeyd edib:
“Hazırda Avropa eyni prosesi daha açıq şəkildə keçirir. Özünün qurduğu mədəniyyətin son zirvəsinə çatan bu qitədə qeyri-ənənəvi ailə münasibətləri getdikcə ən çox qorunan hüquqa çevrilib. Bu təkcə “Avroviziya” yarışlarının deyil, bütün sahələrdə Avropalaşmanın vazkeçilməz normasına çevrilib. Təbii ki, istənilən mədəniyyət müstəmləkələrinə öz qaydalarını qəbul etdirməyə, bunu qəbul etməyəni isə özündən kənarlaşdırmağa çalışır. Avropanın yaşadığı rifaha heyran olan gənclərimizi də şəxsi ələklərindən keçirmək üçün həmin imtahana tutur, onlar vasitəsilə ölkəmizdə öz “dəyərlərini”  yaymaq istəyirlər. Bu baxımdan, bizim bəzi gənclərin əxlaqsızlığı, qeyri-ənənəvi ailə münasibətlərini insan hüququ kimi cəmiyyətimizə sırıması təsadüfi deyil. Bizi öz ələklərindən keçirməsələr, tərkiblərinə almaq istəmirlər. Məqsəd isə demoqrafik çöküş prosesi yaşayan Avropa ölkələrini bizim özlərinə bənzəyən gənc nəsillərimizlə yeniləməkdir”.

H.Oğuz deyib ki, Avropa bizi olduğumuz kimi tərkiblərinə alsa, etnik xarakterləri dəyişilə bilər:
“Lakin bizi dəyişdirərək öz içlərinə alsalar, mövcudluqlarını mühafizə etməyi bacararlar. Nəticədə gənc nəsillərimiz onların içində əriyib təhdid olmaqdan çıxar, onların sənaye müəssisələrini işlədən mənəvi dəyərini itirmiş alətə çevrilərlər. Məsələ burasındadır ki, getdikcə yaşlanan Avropa ölkələrinin öz sənaye müəssisələrini işlədə bilməsi üçün bizim kimi ölkələrdən köçən insanlara ehtiyacı var. Fəqət mümkün mərtəbədə bu iş gücü özlərinə bənzəyən insanlardan təşəkkül tapmalıdır. Məhz bu səbəbdən də bizim gəncləri özlərinə oxşatmağa çalışırlar”.скачать dle 12.1