Bia.Az

ABŞ Putinin andiçmə mərasimində təmsil olunmayacaq

Dünya
 7-05-2024, 01:00     327

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində ABŞ təmsil olunmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq”, - M.Miller vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də prezidentin andiçmə mərasiminə Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin rəhbərlərinin dəvət edildiyini bildirib.скачать dle 12.1