Bia.Az

“Nə Bayden, nə də Tramp” – ABŞ-də yeni seçici qrupu YARANDI

Dünya
 6-05-2024, 16:41     341

ABŞ-də prezident seçkiləri ilə bağlı yeni anket təqdim olunub.
 
Sfera.az bildirir ki, buna əsasən, ölkədə yenidən prezidentliyə namizəd olan Co Bayden və Respublikaçılar Partiyasının namizədi keçmiş prezident Donald Trampa səs verməyəcək olan qrup formalaşıb.
 
Sorğulara görə, bu qrupdan olan vətəndaşlar seçicilərin 16-20 faizini təşkil edir.
 
Həmin seçicilərin “seçki qutusunu boykot etmək”, “üçüncü namizədə səs vermək” və ya istəksiz də olsa, “Tramp və ya Baydeni seçmək” kimi yolları var. Sözügedən şəxslər də üç yerə bölünüb.
 
Belə ki, birinci böyük qrup heç vaxt Trampa səs verməyəcəklərini söyləyən respublikaçılardır. İkinci qrup, 7 aydır davam edən Qəzza müharibəsi ilə bağlı İsrail siyasətinə görə Baydendən imtina edən, lakin Trampın Fələstinin də dostu olmadığını bilən ərəb seçiciləri və solçu fəallardır. Sonuncu qrup isə sayca az, lakin İlon Maskın da başçılıq etdiyi, demokratik siyasətlərə uyğun olaraq “ifadə azadlığının sıxışdırıldığını” düşünən, o cümlədən pul və təsir baxımından güclü olan seçici qrupudur.скачать dle 12.1