Bia.Az

Avropaya ŞOK XƏBƏRDARLIQ! Rusiya HƏRƏKƏTƏ KEÇƏ bilər

Dünya
 5-05-2024, 15:13     277

Avropanın kəşfiyyat agentlikləri öz hökumətlərinə Rusiyanın Avropada təxribat hazırladığı barədə xəbərdarlıq ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Kəşfiyyat rəsmilərinin sözlərinə görə, bu diversiyalar Rusiya kəşfiyyatı tərəfindən həm birbaşa, həm də vasitəçilər vasitəsilə partlayışlar, yanğınlar və infrastruktura ziyan vurmaq yolu ilə həyata keçirilə bilər.
Bu fikri xüsusilə Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarəsinin rəhbəri Tomas Haldenvanq söyləyib.
“Financial Times”ın yazdığına görə, aprelin sonunda Böyük Britaniyada iki nəfər Ukrayna üçün humanitar ləvazimatlar olan anbarı yandırmaqda təqsirli bilinib. Britaniya prokurorları müttəhimlərin Rusiya ilə əlaqəsi olduğuna inanırlar. İsveç və Çexiyada kəşfiyyat agentlikləri dəmir yollarında Rusiya ilə əlaqəsi olan şəxslərin də iştirak edəcəyi ehtimal edilən bir sıra insidentləri araşdırır. Fransa Müdafiə Nazirliyi hərbi obyektlərdə Rusiyanın mümkün təxribatı barədə xəbərdarlıq olunub.
Qəzetin informasiyasına əsasən, Rusiyanın hərəkətləri səbəbindən Avropa təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Buna səbəb, xüsusən, aprel ayında Uelsdə Britaniyanın “BAE Systems” sursat zavodunda baş vermiş partlayış və mayın 3-də “Diehl” silah şirkətinin Berlin zavodunda baş vermiş yanğın olub. Hər iki müəssisə Ukrayna ordusu üçün silah istehsal edir.скачать dle 12.1