Moskvaya bu tarixdə qar yağacaq - XƏBƏRDARLIQ
Moskvada qar yağacağı barədə xəbərdarlıq edilib.
Phobos meteoroloji mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, bazar ertəsi, mayın 6-da paytaxt regionunda qar yağacağı, yollarda buz bağlayacağı ehtimalı var.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
O əlavə edib ki, gecə saatlarında havanın temperaturu 0-dan aşağı düşəcək, gündüz isə +7...+9° isti olacaq.
Sinoptikin sözlərinə görə, çərşənbə axşamı da sərin keçəcək, az yağıntılı olacağı ehtimalı var.
Havanın temperaturu +5...+10°-dək yüksələcək.
Bundan əvvəl Moskva Meteorologiya Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova bildirib ki, mayın 4-nə keçən gecə Moskvanın bəzi yerlərində şaxta olacaq.
Sinoptikin fikrincə, sözügedən gecə “ən soyuq” olacaq. Paytaxtın özündə +3...+5 dərəcə, Moskva vilayətində isə sıfır dərəcəyə qədər isti gözlənilir.