Bia.Az

Podolyak: Üçüncü dünya müharibəsi artıq gedir

Dünya
 24-04-2024, 00:11     235

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, artıq üçüncü dünya müharibəsi gedir.

O, bu barədə “Opinion internationale” portalına müsahibəsində bildirib.

“Üçüncü Dünya Müharibəsi artıq gedir. Bəli, bu, hamının düşündüyü kimi görünməsə də, İkinci Dünya Müharibəsi başlayanda da çoxları bunun məhz İkinci Dünya Müharibəsi olduğuna şübhə edirdi”, - o bəyan edib.

Podolyak qeyd edib ki, Rusiya Federasiyası və Avropa “artıq bir-biri ilə müharibə vəziyyətindədir”.//Oxu.azскачать dle 12.1