Bia.Az

Təcili: Sülhməramlıların Qarabağı tərk etməsinin səbəbi məlum oldu

Dünya
 23-04-2024, 01:21     255

“Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onların regionda artıq heç bir funksiya qalmamışdı”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan sərhədlərini tanımasından sonra bu addımı atmaq mümkün olub.

“Sülhməramlıların çıxarılması Ermənistanın Azərbaycanın sərhədlərini tanımasından sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib. Sülhməramlıların artıq funksiyası qalmayıb”, – Peskov vurğulayıb.скачать dle 12.1