Bia.Az

2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edildi

Dünya
 17-04-2024, 12:37     180

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

Tribunainfo.az xəbər verir ki, “siqaretdən azad nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

Təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb.скачать dle 12.1