Bia.Az

İsrail İrana hücum olacağını bəyan etdi – Cəbhə döyüşləri başlayır?

Dünya
 17-04-2024, 01:09     273

İranın İsrailə qarşı başlatdığı “Qisas” əməliyyatı cəmi bir neçə saat davam etdi. Hazırda nisbi sakitlik olsa da, bəzi ekspertlər iddia edir ki, əslində bu, böyük müharibəyə hazırlıq məqsədi ilə atılan bir addım idi.

Maraqlıdır, İranla İsrail arasındakı son gərginlik böyük müharibənin anonsudur?

Müharibə başlasa, illərlə davam edəcək, yoxsa tez bir zamanda yekunlaşacaq?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İsrail cavab zərbəsi endirəcəyini bəyan edib:

“Ehtimal olunur ki, İsrail də İran etdiyi kimi, məhdud hədəfləri vurmaqla kifayətlənəcək. Ancaq İsrailin İrana cavab zərbəsi endirib-endirməyəcəyi ABŞ-dan asılıdır.

Vaşinqton gərginliyin daha da yüksəlməməsinə çalışır. Əgər Vaşinqton İsraili dayandıra bilməsə, o zaman təhlükəli nəticələr ola bilər. Çünki İran İsrailə cavab zərbəsi endirməyə başlasa, bu, böyük müharibəyə gətirə bilər. Bu mənada İsrailin İran ərazisini vurması risklidir”.

Ekspertin fikrincə, müharibə ehtimalı azdır:

“Müharibə regionda fəlakətli nəticələr doğura bilər. Üstəlik, indi həm İran, həm də İsrail, necə deyərlər, müharibəni test ədib. İsrail İranın səfirliyini vurub və indi ölkə ərazisini vurmağa hazırlaşır. İran isə ilk dəfə olaraq öz ərazisindən İsraili vurub, bundan sonrakı addım böyük müharibədir. Lakin müharibənin uzun illər davam etməsi ehtimalı azdır.

İsrailin İrana ordu yeridib işğal etmək gücü yoxdur. Ən yaxşı halda hava zərbələri endirəcək, İran da İsrailə ordu göndərməyəcək, ölkə ərazisini raket və PUA-larla vuracaq. Bu, düşündüyünüz cəbhə döyüşləri olmayacaq”.скачать dle 12.1