Bia.Az

Dövlət Departamenti: Ukrayna yalnız bu halda NATO-ya qəbul olunacaq

Dünya
 9-04-2024, 01:39     325

“Ukrayna yalnız münaqişə bitdikdən sonra NATO-ya üzv ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Nəhayət, Ukraynanın NATO-ya daxil olması ilə bağlı müzakirə münaqişə bitdikdən sonra davam edəcək”.

Qeyd edək ki, daha öncə ABŞ-ın NATO-dakı səfiri Julianne Smis yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın Alyansa qəbul ediləcəyini açıqlayıb.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin sentyabrında sürətləndirilmiş əsaslarla Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Lakin təşkilat dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişə vəziyyətində olarkən NATO-ya üzv qəbul edilməsi mümkün deyil.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kiyev alyansa qəbul olunmaq məsələsində NATO ölkələrinə təzyiq göstərməyə çalışır. O, Ukraynanın mümkün üzvlüyünün Avropanın təhlükəsizliyi üçün son dərəcə mənfi nəticələrə səbəb olacağını və Rusiyadan qəti cavab tələb edəcəyini vurğulayıb.скачать dle 12.1