Bia.Az

Savaş üç bölgəyə sıçradı – Britaniya gəmisi vuruldu

Dünya
 8-04-2024, 10:49     158

İranın Yəməndə dəstəklədiyi “Ənsarallah” terror təşkilatı (Husilər) Qırmızı dəniz, Oman dənizi və Hind okeanında Böyük Britaniya və İsrailə məxsus 3 gəminin vurulduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri Qırmızı dənizdə Britaniya gəmisinin raketlərlə hədəf alındığını deyib.

Təşkilatın sözçüsü Fələstin limanlarına gedən 2 İsrail gəmisinin də vurulduğunu bildirib. Birinci gəmi (MSC GRACEF) Hind okeanı, digəri (MSC GINA) Oman dənizində ballistik raketlərlə hədəfə alınıb.

Səri Qəzzaya hücumlar dayanana qədər İsrail gəmilərinin Qırmızı dəniz, Oman dənizi və Hind okeanından keçməsinə mane olacaqlarını vurğulayıb.скачать dle 12.1