Bia.Az

Qalant elan etdi: “HƏMAS Qəzzada fəaliyyətini dayandırıb”

Dünya
 8-04-2024, 01:22     242

“HƏMAS Qəzza zolağının bütün ərazisində hərbi təşkilat kimi fəaliyyətini dayandırıb”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Müdafiə naziri HƏMAS-ın RƏfah keçid məntəqəsi istiqamətində yerləşən bölmələrinin hədəfdə olduğunu açıqlayıb:

“İsrail Ordusunun cənub komandanlığının 98-ci diviziya və bölmələrinin nailiyyətləri son dərəcə təsir edicidir. Onlar terrorçulara hücum edir, düşmənin obyektlərini, anbarlarını, silahlarını, yeraltı tunellərini, qərargahlarını, rabitə otaqlarını məhv edirlər. beləliklə, HƏMAS bütün Qəzza zolağında hərbi təşkilat kimi fəaliyyətini dayandırıb. Silahlı qüvvələr Qəzzanın cənubunda yerləşən Rəfahda HƏMAS-ın yerdə qalan bölmələrinə qarşı döyüşə hazırlaşır”.

Qeyd edək ki, daha öncə İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAs-ın ümumilikdə 24 batalyonundan 18-nin məhv edildiyini açıqlayıb.

İsrail mediası yazır ki, HƏMAS-ın qalan dörd batalyonu Qəzzanın cənubunda Rəfahda istiqamətində, daha ikisi isə Qəzzanın mərkəzi hissəsində yerləşir.скачать dle 12.1