Bia.Az

İsrail ABŞ-ın dəstəyindən məhrum ola bilər – Bayden AÇIQLADI

Dünya
 6-04-2024, 01:17     310

“İsrail Qəzzadakı hərəkətlərinə görə ABŞ-ın dəstəyini itirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Axios” portalı öz mənbələrinə istinadən bildirir ki, ABŞ prezidenti ilə İsrailin Baş naziri arasındakı söhbət həm səs tonu, həm də məzmun baxımından çox sərt olub. Bayden Netanyahu ilə telefon danışığında deyib ki, İsrail Qəzza zolağında fəaliyyət istiqamətini dəyişməsə, ABŞ yəhudi dövlətini dəstəkləməyə davam edə bilməyəcək.

Məlumata görə, Bayden Vaşinqtonun İsrailə silah tədarükünü dayandırıb-dayandırmayacağını açıqlamayıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə bildirib ki, İsrail mülki şəxslərə və humanitar işçilərə vurulan zərərin qarşısını almaq üçün konkret addımlar atmalıdır.скачать dle 12.1