Bia.Az

Şoyqu Fransaya xəbərdarlıq etdi: “Problem yaranacaq”

Dünya
 4-04-2024, 01:04     321

“Ukraynaya qoşun göndərmək Fransa üçün problemlər yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu Fransanın müdafiə departamentinin rəhbəri Sebastien Lekornu ilə telefon danışığında Fransa hərbi kontingentinin Ukraynaya göndərilməsinin Parisə gətirəcəyi problemlər barədə xəbərdarlıq edib.

“Ukraynaya qoşun göndərilsə, bu, Fransanın özü üçün problemlər yaradacaq”, – Şoyqu vurğulayıb.

Rusiya müdafiə naziri “Krokus” terroru ilə bağlı da danışıb. O, terror aktı ilə bağlı başladılan istintaqın başa çatdırılacağını və bütün günahkarların cəzalandırılacağını deyib.

Qeyd edək ki, Fransa tərəfinin təcili müraciəti əsasında Şoyqu ilə Lekornu arasında telefon danışığı baş tutub. Fransanın müdafiə naziri terror aktı ilə bağlı Şoyquya başsağlığı veribскачать dle 12.1