Bia.Az

ABŞ İranın ittihamlarına cavab verdi: “Məsuliyyət daşımırıq”

Dünya
 3-04-2024, 01:34     259

İran Dəməşqdəki konsulluğuna edilən hücuma görə ABŞ-ın məsuliyyət daşıdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsinin müavini Zəhra Ərşədi deyib.

O bildirib ki, ABŞ bu vəziyyətdən Suriyada və bütün regionda sabitliyi pozmaq üçün istifadə etməyə çalışır. İsrailin addımlarına görə də məhz ABŞ məsuliyyət daşıyır.

Lakin Birləşmiş Ştatlar İranın bu iddialarını rədd edib. Belə ki, ABŞ Müdafiə Nazirliyi İsrailin Dəməşqdəki konsulluğa hücumuna görə məsuliyyət daşımadığını bəyan edib.

Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, ABŞ İsrailin hücumundan sonra İranla əlaqə saxlayıb.

“Biz özəl kanallar vasitəsilə İrana açıq şəkildə bildirdik ki, konsulluğa endirilən zərbəyə görə məsuliyyət daşımırıq. İsrail Dəməşqə endirdiyi zərbələr və ya hədəflər barədə bizə məlumat verməyib. Bununla belə, ABŞ və İsrail rəsmiləri hücumdan sonra müxtəlif səviyyələrdə qarşılıqlı əlaqədə olublar. Biz diplomatik nümayəndəliklərə hücumları dəstəkləmirik”, – deyə Sinq vurğulayıb.скачать dle 12.1