Bia.Az

Polşa bu müqavilədən çıxdı və döyüş hazırlığına çağırdı

Dünya
 30-03-2024, 00:55     336

Polşa prezidenti Anjey Duda 1990-cı il noyabrın 19-da Parisdə imzalanan “Avropada adi silahlı qüvvələrin
 məhdudlaşdırılması haqqında” müqavilədə iştirakını dayandırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.

Polşanın Baş naziri Donald Tusk bildirib ki, bütövlükdə Avropa İttifaqı öz təhlükəsizliyi üçün mübarizəyə psixoloji cəhətdən hazır olmalıdır.
Onun sözlərinə görə, ABŞ-dakı prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq Avropa müdafiə məsələlərində daha çox özünə arxalanmalıdır. Bu halda Aİ Vaşinqton üçün daha sərfəli tərəfdaşa çevriləcək.

Donald Tusk bildirib ki, Polşa öz iqtisadiyyatının 4 faizini müdafiəyə sərf edir və digər Avropa ölkələri də buna ÜDM-in 2 faizini ayırmalıdır.скачать dle 12.1