Bia.Az

İrəvan böyük güclərin hərbi poliqonuna çevrilir - FAKT BUDUR!

Dünya
 26-03-2024, 10:12     249

Ermənistanın Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilməsi artıq ölkə daxilində ciddi təlatümlərə gətirib çıxarır.

Qeyd edək ki, martın 24-də Ermənistanda qanunsuz olaraq silah və sursat daşımaq və saxlamaqda şübhəli bilinən 49 nəfər saxlanılaraq ərazi polis bölmələrinə aparılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan “Sputnik Ermənistan” radiosuna bildirib ki, saxlanılanların hamısı “Döyüş Qardaşlığı” birliyinin nümayəndələridir.

Artıq hüquq-mühafizə orqanları həmin silahlı qruplaşmanın üzvlərinə qarşı ittiham aktı qaldırıb.

"Döyüş Qardaşlığı" silahlı qruplaşmasının üzvləri müəyyən silah-sursat ilə Azərbaycanın işğal altında olan kəndlərə doğru hərəkət etməyə cəhd göstəriblər. Məlumata görə, silahlı qruplaşma həmin kəndlərdə məskunlaşan sakinləri silahlandırmaq və onları Azərbaycana qarşı təxribatlara çəkmək məqsədi daşıyıb.

Maraqlıdır, bu kimi hadisələrin arxasında Rusiya dayana bilər? Moskva, həqiqətən Ermənistanda radikal siyasi qüvvələri və silahlı birləşmələri hərəkətə gətirmək istəyir?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Moskva Paşinyan hakimiyyətini cəzalandırmaq niyyətindədir:

"Əlbəttə ki, Ermənistanda fəaliyyət göstərən radikal təşkilatların hər biri bu və ya digər formada xarici qüvvələrə bağlıdır. Bu ölkədə həm Rusiya, həm də Qərbin maraqlarına xidmət edən kifayət qədər radikal millətçilər var. Ermənistan üzərində hazırkı geosiyasi mübarizə ölkənin daxili siyasətinə ciddi şəkildə təsir edir. Sözsüz ki, bu, özünü həmin təşkilatların faəliyyətində büruzə verir.

Ən çox da Rusiyameyilli radikal təşkilatlar özlərinə qabağa veriblər. Keçmiş “Qarabağ klanı” ilə bağlantıları olan yarım hərbi birləşmələrin addımları, xüsusilə Azərbaycanın işğal altında olan kəndlərinin qaytarılmasına hər vəhclə mane olmaları bunu aydın sübut edir. Həmin birləşmələrin dünənki təxribatı bu ölkə üzərində geosiyasi mübarizənin təzahürlərdən biridir. Yəni Rusiya və Qərb bir-birini sıxışdırmağa çalışır.

Son zamanlar Rusiyayönümlü qüvvələrin aktiv olması müəyyən səbəblərlə bağlıdır. Ən başlıca səbəb isə Ermənistan hakimiyyəti öz xarici siyasət vektorunu dəyişməyə çalışması, yəni Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya etmək istiqamətində addımlarını intensivləşdirməsidir. Bunun fonunda Paşinyan hakimiyyəti öz mövqeyini möhkəmləndirir. Bu isə radial müxalifəti qane etmir.

Təbii ki, müxalifət də müxtəlif vasitələrlə öz mövqeyini gücləndirir. Ermənistan parlamentində mandat sahibi olan radikal müxalifətin əhəmiyyətli hissəsi Rusiyameyillidir. Bütün bunları diqqətə aldıqda hesab etmək olar ki, Moskvanın təlimatları əsasında radikal müxalifət və revanşist silahlı birləşmələr ölkə daxilində təxribatlara əl ata bilər".
скачать dle 12.1