Bia.Az

Əri teraktla bağlı status yazdı, arvadı vəzifədən qovuldu

Dünya
 26-03-2024, 01:16     252

Sankt-Peterburqun “Yeni Hollandiya” (Novaya Qollandiya) ictimai platformasının direktoru Roksana Şatunovskaya həyat yoldaşı Nikolay Konaşenkonun Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı sosial şəbəkədə yazdığı statusa görə vəzifəsini tərk edib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, onunla müqavilənin ləğv edildiyi qurumun sosial media səhifəsində paylaşılıb.

“Bu gündən etibarən Roksana Şatunovskaya “Yeni Hollandiya” şirkətinin baş direktoru vəzifəsini tərk edir. Biz qeyd etmək istəyirik ki, Nikolay Konaşenok “Yeni Hollandiya”da işləməyib və layihənin fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb”, - mesajda bildirilib.

Şatunovskaya da sosial şəbəkədə işdən çıxarıldığını təsdiqləyib:

“Ailə üzvlərimdən biri insanlıqla bir araya sığmayan dəhşətli ifadələrə yol verib. Şəxsən mən ərimin dediklərini dəstəkləmirəm və onu qınayıram, terror aktının qurbanlarına bütün qəlbimlə başsağlığı verirəm, amma ailəmin yanında qalıram. Buna görə də mən vəzifəmi tərk edirəm”.
Qeyd edək ki, Konaşenok teraktla bağlı statuslarının birində “Niyə Kreml deyil, Krokus?” deyə yazıb.скачать dle 12.1