Bia.Az

Britaniyadan reaksiya: Əla xəbər – iki rus gəmisi…

Dünya
 25-03-2024, 01:17     311

Putinin Ukraynanın qeyri-qanuni işğalını davam etdirməsi hazırda funksional olaraq qeyri-aktiv olan Rusiyanın Qara dəniz donanmasına böyük ziyan vurur.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps X səhifəsində Ukraynanın Rusiyanın iki gəmisini vurması ilə bağlı qeyd edib.

“Rusiya 1783-cü ildən Qara dənizdə üzür, lakin indi donanmasını limanda saxlamağa məcburdur. Hətta orada Putinin gəmiləri də batır!” – o bildirib.

Böyük Britaniya Müdafiə Nazirliyinin səhifəsində isə Rusiyanın iki gəmisinin vurulması “Əla xəbər” kimi paylaşılıb:

"Əla xəbər. 2 rus gəmisi. Gecə saatlarında Ukrayna Hərbi Hava Qüvvələri müvəqqəti işğal olunmuş Sevastopolda “Ropuxa” sinfinə aid “Yamal” və “Azov” desant gəmilərinə uğurla zərbələr endirib. Bundan əlavə, Rusiya Qara dəniz Donanmasının rabitə mərkəzi və bir neçə infrastruktur obyekti vurulub”.скачать dle 12.1