Bia.Az

Şahidlərdən terrorçularla bağlı mühüm ipucları: asiyalı və qafqazlı görünüşlü – FOTO

Dünya
 23-03-2024, 01:31     208

Moskvada baş verən terror aktı bütün dünyanın diqqət mərkəzindədir. Ən çox maraq doğuran suallardan biri də silahlı hücumun təşkilatçılarının və icraçılarının kimliyi ilə bağlıdır.

Globalinfo.az xəbər verir ki, Moskvadakı terror aktının şahidləri terrorçuların asiyalı və qafqazlı görünüşə sahib olduqlarını bildiriblər.
Şahidlərin sözlərinə görə, terrorçular öz ralarında rusca deyil, başqa dildə danışıblar.
Rusiya mediasının məlumatına görə, hadisə ilə bağlı İnquşetiya doğumlu bir neçə şəxs barəsində axtarış elan edilib.
Onlar Amirxan Qurajev (1989), Adam Ozdoev (1987) və Zelimxan Tsuroevdir.

скачать dle 12.1