Bia.Az

TƏCİLİ! Rusiya qırıcıları HAVAYA QALDIRDI - Hədəf...

Dünya
 23-03-2024, 01:13     205

Rusiyanın Saratov vilayətində yerləşən Engels hərbi aerodromundan 10-dan çox TU-95MS hərbi təyyarəsi havaya qaldırılıb.

Rusiya telegram kanallarının yaydığı məlumata görə, təyyarələr Xəzər dənizi istiqamətinə uçurlar.

Qeyd edək ki, Rusiya ballistik raketlərlə Ukrayna ərazisini məhz Xəzər dənizi üzərindən atəşə tutur.

Rusiya telegram kanalları bu gecə Ukraynaya indiyədək olmayan həddə ağır zərbələr endiriləcəyini bildirirlər.

Xatırladaq ki, 2 gün əvvəl Ukrayna Engels aerodromuna dronlarla zərbə endirib. Zərbə nəticəsində 2 hərbi təyyarənin sıradan çıxarıldığı bildirilir.

Musavat.comскачать dle 12.1