Bia.Az

Netanyahu: “ABŞ olmasa da, bunu edəcəyik”

Dünya
 22-03-2024, 19:25     180

“İsrail ABŞ-ın dəstəyi olmadan da Rafahda hərbi əməliyyat keçirməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rafah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkməyəcək. Hətta ABŞ-ın dəstəyi olmadan belə sözügedən əməliyyat keçiriləcək.

Eyni zamanda Netanyahu Qəzza zolağında keçirilən quru əməliyyatı zamanı ABŞ-ın dəstəyinə görə təşəkkür edib. İsrail tərəfinin anklavdakı döyüş bölgələrindən mülki insanları təxliyə etməyə hazır olduğunu diqqətə çatdırıb.

“Ancaq Rafaha girmədən və orada qalan batalyonları məhv etmədən HƏMAS-ı məğlubiyyətə uğratmaq mümkün deyil. Ümid edirəm ki, biz bunu ABŞ-ın dəstəyi ilə edəcəyik. Amma məcbur olsaq, təkbaşına da addım atacağıq”, – Netanyahu vurğulayıb.скачать dle 12.1