Bia.Az

“Əhalinin 70 faizi ayağa qalxıb” – Ermənistan qarışır

Dünya
 21-03-2024, 00:56     208

“Voskepar (Əskipara) kəndinin sakinləri təcili toplantı keçiriblər. Kəndin 70 faizi ayağa qalxıb. “Bu, bizim torpağımızdır, onu qoruyacağıq” deyirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Ermənistan Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl Tavuş sakinləri ilə görüşü zamanı “müharibə olmaması üçün kəndləri geri qaytarmalıyıq” fikri əhalinin qəzəbinə səbəb olub” – xəbərdə deyilir.

Qeyd edək ki, Aşağı Əskipara kənd məktəbinin hərbi təlimatçısı Nver Beqlaryan açıqlamasında Paşinyanla görüşdən sonra Tavuş vilayətinin Azərbaycana təhvil verilməsi nəzərdə tutulan kəndlərində qanunsuz yaşayan ermənilərin təslim olmayacaqlarını və özünümüdafiə qüvvələri təşkil edəcəklərini bildirmişdi.скачать dle 12.1